Arxiv
Gənclərdə vətəndaş identikliyinin formalaşdırılmasında ali məktəb müəlliminin rolu
Gənclərdə vətəndaş identikliyinin formalaşdırılmasında ali məktəb müəlliminin rolu
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №4
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə tələbələrin milli-mənəvi dəyərlər fonunda vətəndaş identikliyinin formalaşdırılmasında ali məktəb müəlliminin vəzifələri, bu problemin müasir dövrdə aktuallığını şərtləndirən amillər öz əksini tapmışdır. Vətəndaş identikliyi hər bir dövlətin sosial-siyasi cəhətdən gücünə təsir edən, bu istiqamətdə insanlarda Vətən, torpaq sevgisini daha da alovlandıran amildir. Bu mənada həm təhsilin, həm də bütövlükdə cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri strateji əhəmiyyətə malik vətəndaş identikliyinin yeni modelinin hazırlanmasıdır. Məqalədə qeyd edilir ki, müasir dünyada gedən güclü qloballaşma, mədəniyyətlər və sivilizasiyalar, iqtisadi sistemlər arasındakı sürətli inteqrasiya müxtəlif yaş dövrünə aid olan nəslin vətəndaş identikliyinin formalaşdırılmasını aktuallaşdırır. 
Açar sözlər
vətəndaş identikliyi, milli-mənəvi dəyər, ali məktəb müəllimi, qloballaşma, təhsil prosesi
Müəlliflər
Elza Mollayeva
DOİ: 10.30546/2706-7858.2025.4.010
Nəşr edilib: 2025-12-07, 20:00
Paylaş: