Xəbərlər
Şahbaz Balakişiyev Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyi Akademiyasının rəhbərliyi tərəfindən  “Çingiz Aytmatov - Qızıl Qələm medalı” ilə təltif olundu
2026-04-08, 20:00
Şahbaz Balakişiyev Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyi Akademiyasının rəhbərliyi tərəfindən “Çingiz Aytmatov - Qızıl Qələm medalı” ilə təltif olundu
Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyi Akademiyasının rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, 20-dən artıq kitabın müəllifi Şahbaz Balakişiyev türk dünyasının görkəmli yazıçısı və ictimai xadimi Çingiz Aytmatovun adını daşıyan “Çingiz Aytmatov - Qızıl Qələm medalı” ilə təltif olunmuşdur. Bu mükafat onun türk mədəniyyətinin inkişafı və beynəlxalq səviyyədə tanıdılması sahəsində göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. 
Eyni zamanda, türk dünyasının təbliği və ideoloji birliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən “Peşə təhsili və insan kapitalı” jurnalının əməkdaşı Hüsaməddin Cəfərov Qazaxıstan Dünya Türk Təşkilatı tərəfindən böyük türk mütəfəkkiri Əhməd Yasəvinin adını daşıyan “Əhməd Yasəvi medalı” ilə mükafatlandırılmışdır.
Bu təltiflər türk dünyasının ortaq dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində göstərilən səylərin mühüm göstəricisi olmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən digər şəxslər üçün də nümunədir.
Daha ətraflı
Ən son xəbərlər
https://jurnaladmin.vet.edu.az/api/uploads/a17ba560-333e-11f1-bf99-e713b3a01971-d48ca7ac-b584-4f9e-86f1-484857f90899.jpeg
Şahbaz Balakişiyev Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyi Akademiyasının rəhbərliyi tərəfindən  “Çingiz Aytmatov - Qızıl Qələm medalı” ilə təltif olundu
https://jurnaladmin.vet.edu.az/api/uploads/8a3d86d0-067e-11f1-bf99-e713b3a01971-060ee6e0-e7d6-4c78-91c4-8c90a8411ea2.jpeg
Hikmət Əlizadə redaksiyanın qonağı oldu
https://jurnaladmin.vet.edu.az/api/uploads/fe2175a0-e21d-11f0-bf99-e713b3a01971-186de768-d475-4d09-845b-3b7d4cf781b5.png
 "Peşə təhsili və insan kapitalı" elmi praktiki, metodiki jurnalın redaksiya heyəti ilin yekun hesabat yığıncağını keçirib
https://jurnaladmin.vet.edu.az/api/uploads/4e1376e0-dff7-11f0-bf99-e713b3a01971-5dce85eb-2724-43e6-af02-419814919203.jpeg
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı kollektivə təqdim edilib.
https://jurnaladmin.vet.edu.az/api/uploads/0fcb57f0-d024-11f0-b700-cf89a86186e6-e91632eb-5b8c-4552-ba96-1c06ea115e7c.jpeg
“Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib
https://jurnaladmin.vet.edu.az/api/uploads/d1792180-c51f-11f0-b700-cf89a86186e6-4a604535-ecaf-49cb-83c3-95049054e9dd.jpeg
 Peşə tələbələri beşinci STEAM Azərbaycan festivalında iştirak edirlər
https://jurnaladmin.vet.edu.az/api/uploads/ac1f5af0-c388-11f0-b700-cf89a86186e6-a0648518-6ed9-4644-84ea-4fc1d5c7c978.jpeg
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Bir Peşənin Sirri” festivalı keçirildi
https://jurnaladmin.vet.edu.az/api/uploads/9cf616a0-c387-11f0-b700-cf89a86186e6-57835eac-618f-4b23-82a1-90abaa886409.jpeg
Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib
https://jurnaladmin.vet.edu.az/api/uploads/80b327d0-c08a-11f0-b700-cf89a86186e6-403da9a4-dce8-459f-bc74-33d637ae651b.jpeg
ŞİRVAN PEŞƏ LİSEYİNDƏ ZƏFƏR GÜNÜ QEYD OLUNUB
https://jurnaladmin.vet.edu.az/api/uploads/062ddb20-c05f-11f0-b700-cf89a86186e6-8e3552a5-0aa0-4406-9c6b-cad4ed7c9543.jpeg
Zəfərlə Yazılan Tarix – Neftçalada Zəfər Gününün 5 illiyi qeyd olunub
https://jurnaladmin.vet.edu.az/api/uploads/f14faf50-bfc1-11f0-b700-cf89a86186e6-c0c286b5-52a3-4b3e-872c-79c80ef0f393.jpeg
Göyçay Peşə Liseyində Zəfər Günü"nə həsr olunmuş tədbir  və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi
https://jurnaladmin.vet.edu.az/api/uploads/f4cbfa40-bfc0-11f0-b700-cf89a86186e6-4c007b86-25a3-408a-8147-0df3cb301818.jpeg
Ağdaş Peşə Məktəbində "Zəfər Günü" və "Peşə təhsilinin şəhid məzunları" kitabının təqdimatı keçirildi