"Peşə təhsili və insan kapitalı" elmi praktiki, metodiki jurnalın redaksiya heyəti ilin yekun hesabat yığıncağını keçirib

24 dekabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan "Peşə təhsili və insan kapitalı" elmi praktiki, metodiki jurnalın redaksiya heyəti ilin yekun hesabat yığıncağını keçirib. Yığıncaqda jurnalımızın baş redaktoru Şahbaz Balakişiyev son illərdə redaksiyanın əldə etdiyi uğurlarından və həyata keçirdiyi işlərindən, əməkdaşların əldə etdiyi nailiyyətlərindən, Milli Mətbuat günü münasibəti ilə əməkdaşların mukafatlandırılmasından və son illərdə 3 yeni kitabın - ümummilli lider Heydər Əliyevin anadan olmasınin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və peşə təhsili" adlı 80 səhifəlik kitab, "Peşə təhsilinin şəhid məzunları" adlı 485 səhifəlik kitab və "Peşə təhsilinin normativ-hüquqi sənədlər toplusu" adlı 359 səhifəlik stolüstü kitabın kollektivin gücü ilə hazırlanaraq ərsəyə gəlməsindən söz açıb. Daha sonra baş redaktor yeni ildə qarşıda duran tələblərdən jurnalın tərtibat və məzmununda yeni dəyişikliklərin edilməsi və s. kimi fikirlər kollektivlə birgə müzakirə edilib və əməkdaşların müvafiq sualları rəhbərlik tərəfindən cavablandırılıb.
2025-12-23, 20:00
Paylaş: