Bu istiqamətdə pedaqojiyönümlü məqalələrə üstünlük verilir. Pedaqogika sahəsi adı altında təqdim edilən məqalələr pedaqoji elmlər sisteminə daxil olan bir sıra sahələri özündə əks etdirir. Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Bura pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. kimi anlayışlar daxildir. Pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Bu sahə elmi tədqiqatların nəticəsində inkişaf edir, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlarda müasir yanaşmalardan bəhs olunur. Müasir pedaqoji tədqiqatların aktuallığı, mobilliliyi kimi xarakterik xüsusiyyətləri şərh edilir. Jurnalın bu bölməsində yazılan elmi məqalələrdə pedaqoji tədqiqatlar və təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxartmaqla planlı şəkildə axtarışlar aparılır.