Şahbaz Balakişiyev Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyi Akademiyasının rəhbərliyi tərəfindən “Çingiz Aytmatov - Qızıl Qələm medalı” ilə təltif olundu

Qırğızıstan Respublikasının Elm və Təhsil Nazirliyi Akademiyasının rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, 20-dən artıq kitabın müəllifi Şahbaz Balakişiyev türk dünyasının görkəmli yazıçısı və ictimai xadimi Çingiz Aytmatovun adını daşıyan “Çingiz Aytmatov - Qızıl Qələm medalı” ilə təltif olunmuşdur. Bu mükafat onun türk mədəniyyətinin inkişafı və beynəlxalq səviyyədə tanıdılması sahəsində göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. 
Eyni zamanda, türk dünyasının təbliği və ideoloji birliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən “Peşə təhsili və insan kapitalı” jurnalının əməkdaşı Hüsaməddin Cəfərov Qazaxıstan Dünya Türk Təşkilatı tərəfindən böyük türk mütəfəkkiri Əhməd Yasəvinin adını daşıyan “Əhməd Yasəvi medalı” ilə mükafatlandırılmışdır.
Bu təltiflər türk dünyasının ortaq dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində göstərilən səylərin mühüm göstəricisi olmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən digər şəxslər üçün də nümunədir.
2026-04-08, 20:00
Paylaş: