İcmal
Müasir rəssamların yaradıcılığında ənənə və yenilik vəhdəti rəngkarlığın əsas prinsipidir. Ənənə klassik texnika, forma-həcm münasibəti və milli motivləri qoruyaraq əsərin strukturunu və estetik təsirini təmin edir. Yenilik isə qarışıq texnikalar, abstrakt və konseptual üslublar, faktura və rənglərin emosional istifadəsi ilə rəngkarlığı inkişaf etdirir. Azərbaycan rəssamlarının əsərlərinə nəzər salsaq, xüsusilə Səttar Bəhlulzadə və Tahir Salahovun nümunələrində ənənə və yenilik arasında harmoniyanı müşahidə edərik. Bu vəhdət əsərlərin həm milli, həm də beynəlxalq səviyyədə aktuallığını təmin edir. Məqalədə müasir rəssamların yaradıcılığında ənənə və yenilik vəhdəti nəzəri, texniki və bədii aspektlərdən təhlil edilir.
Açar sözlər
Rəngkarlıq, ənənə, yenilik, müasir rəssamlar, Azərbaycan təsviri sənəti, klassik tex -nika, abstrakt, konseptual üslub
DOİ: 10.30546/2706-7858.2026.1.273
Nəşr edilib: 2026-03-18, 20:00