Həyata gələn insan təbiətdən gələn xüsusiyyətlər və qabiliyyətlərlə doğulur, lakin sonradan necə insan olması onun aldığı təhsildən asılıdır. Bu səbəbdən də təhsillə bağlı hər hansı nəticəyə gəlincə, insanın ehtiyacları nəzərə alınmalıdır. Orta məktəbdə tədrisin düzgün aparılması ən vacib məsələlərdən biridir. Ali məktəbdə təklif olunan yeniliklər onun məzmununu dəyişməlidir, təbii ki, onu əhatə edən hissələr – qarşılıqlı münasibətlər, təhsildə sərbəstlik, şəraitin yaradılması, kadr məsələləri, tədris, texniki baxımdan hərtərəflilik və s. tamamilə yenidən qurulmalıdır. Təbii ki, təhsilini başa vuran hər bir şəxs əldə etdiyi məlumatları fərdi şəkildə yoxlamaq və ona müstəqil münasibət bildirmək, öz düşüncə tərzini təqdim etmək, qərar qəbul etmək bacarığına malik olmalıdır. Onlar təşkilatçı kimi öz bacarıqlarını göstərməyi bacarmalı, eyni zamanda yeni texnologiyalarla ayaqlaşmalıdırlar. Qeyd olunan bütün üstünlüklərə sahib olmaq üçün ilk növbədə, müəllim bu dəyərlərin sahibi olmalıdır. Yeniliklər cari təhsilin ümumi vəziyyəti və ehtiyacıdır. O yalnız təhsilin inkişafına və onun məzmununa yönəldilir. Təbii ki, məzmunun inkişafı istiqamətində görülən işlərdən ən mühümü ali təhsildə bilavasitə təlimə yönəlmiş texnologiyalardan istifadədir.
Məqalədə yuxarıda sadalanan problemlərə toxunulmuş, distant təhsilin tətbiqi imkanlarının vacib aspektləri təhlil edilmiş, həmçinin bu imkanların genişləndirilməsi təklif edilmişdir