İcmal
Məqalədə zəka növlərinə uyğun fərdiləşdirilmiş tədrisin psixoloji təsnifatı, pedaqoji strategiyaları və rəqəmsal alətlər vasitəsilə tətbiqi araşdırılır. Hovard Gardnerin “Çoxnövlü zəka nəzəriyyəsi”nə əsaslanaraq fərdiləşdirilmiş tədris modellərinin təhsilalanların öyrənmə motivasiyası və nəticələrinə təsiri təhlil olunur, eləcə də rəqəmsal texnologiyaların, xüsusilə süni intellekt əsaslı adaptiv sistemlərin tədrisin effektivliyini artırdığı vurğulanır. Tədqiqatın nəticələri təhsil prosesində fərdiləşdirilmiş yanaşmaların əhəmiyyətini və gələcək innovasiyaların istiqamətini göstərir.
Açar sözlər
fərdiləşdirilmiş tədris, zəka növləri, psixoloji təsnifat, pedaqoji strategiya, rəqəmsal alətlər, süni intellekt, öyrənmə motivasiyası
DOİ: 10.30546/2706-7858.2026.1.227
Nəşr edilib: 2026-03-18, 20:00