İcmal
XXI əsrdə təhsil sisteminin əsas qayəsi yalnız biliklərin ötürülməsi deyil, həm də sosial ədalət, bərabərlik və davamlı inkişaf kimi fundamental prinsiplərə uyğun olaraq müasir təhsilin bazasını yaratmaqdır. Bu sahədə isə əsas hədəf cəmiyyətin bütün üzvlərinin, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan uşaqların və sosial cəhətdən həssas qrupların keyfiyyətli təhsil almasına imkan yaradan, müasir yanaşma olan inklüziv təhsilin həyata keçirilməsidir. Məqalə çərçivəsində inklüziv təhsilin mahiyyəti, nəzəri əsasları, beynəlxalq və Azərbaycan təcrübəsi, müasir çağırışlar və gələcək perspektivlər elmi yanaşma ilə təhlil olunaraq XXI əsrin təhsil modelində onun oynadığı rol müəyyənləşdirilmişdir. Eyni zamanda qeyd olunanlar əsas gətirilərək inklüziv təhsilin müasir dövrün ən vacib pedaqoji yanaşmalarından biri olduğu vurğulanmış, BMT, UNESCO və UNICEF kimi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə inklüziv təhsil dayanıqlı inkişaf məqsədlərinin (SDG 4: Keyfiyyətli təhsil) ayrılmaz tərkib hissəsi kimi müəyyən olunmuşdur. Nəticə etibarilə məqalədə müəyyən olunmuşdur ki, inklüziv təhsilin uğurla həyata keçirilməsi üçün yalnız pedaqoji yanaşmalar deyil, həm də geniş və əlçatan infrastruktur zəruridir. Mövcud infrastruktur problemləri əlilliyi olan uşaqların bərabər təhsil imkanlarından yararlanmasına ciddi əngəllər yaradır. Bu problemlərin həlli isə kompleks, planlı və ardıcıl yanaşma tələb edir. Dövlət və cəmiyyətdən gələn dəstək, həmçinin təhsilin idarə olunması sistemində inklüzivlik prinsipinin prioritetləşdirilməsi inklüziv təhsilin reallaşmasında mühüm rol oynayacaqdır.
Açar sözlər
bərabərlik, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, inklüzivlik, inklüziv təhsil
DOİ: 10.30546/2706-7858.2026.1.216
Nəşr edilib: 2026-03-18, 20:00