Arxiv
Multikulturalizmin Azərbaycan modeli: ümumi və fərqli xüsusiyyətləri
Multikulturalizmin Azərbaycan modeli: ümumi və fərqli xüsusiyyətləri
"Peşə təhsili və insan kapitalı" jurnalı 2026, № 1
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə multikulturalizmin Azərbaycan modelinin əsas xüsusiyyətləri, fərqli cəhətləri, ölkədə multikulturalizmin inkişafında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Res publikasının Prezidenti İlham Əliyevin rolu, fəaliyyəti təhlil edilir. Həmçinin tədqiqat işində müxtəlif ölkələrdə multikulturalizmin spesifik modelləri (İsveç, Avstraliya, Kanada, ABŞ) ilə yanaşı, multikulturalizmin Azərbaycan modelinin dünyada qəbul edilməsindən, ölkəmizdə uğurlu tətbiqi və nəticələrindən bəhs edilir. Eyni zamanda Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanılması istiqamətində son illərdə həyata keçirilən dövlət siyasətinin əsas xüsusiyyətləri təhlil olunaraq ölkədə mədəni, dil, din və etnik müxtəlifliyin qorunub saxlanılması istiqamətində yürüdülən dövlət siyasətinin uğurlu nəticələri son illərin təcrübəsi əsasında araşdırılmış, analiz və sintez edilərək ümumiləşdirmələr aparılmışdır. Ölkədə tolerant mühitin, mədəni, dini, linqvistik müxtəlifliyin qorunub saxlanılmasının təmin edilməsi vəziyyəti araşdırılarkən paralel olaraq multikulturalizm, millətlərarası və konfessiyalararası münasibətlər və dialoq məsələlərinə dair keçirilmiş beynəlxalq tədbirlər, elmi konfranslardan bəhs olunmuş, onların əhəmiyyəti açıqlanmışdır.
Açar sözlər
multikulturalizm, Azərbaycan modeli, tolerantlıq, dini müxtəliflik, milli-mənəvi də -yərlər, multikultural ənənələr.
Müəlliflər
Esmira İsmayılova
DOİ: 10.30546/2706-7858.2026.1.210
Nəşr edilib: 2026-03-18, 20:00
Paylaş: