Tədqiqatda ərimiş metal və posanın elektrokimyası eyni vaxtda kükürdsüzləşmə və fosforsuzlaşmaya tətbiq edilməklə posa-metal qarşılıqlı əlaqəsi öyrənilmişdir. Tədqiq etdiyimiz sistemdə kinetik asılılıqların interpretasiyası üçün posa-metal fazalararası sərhəddə kompromis potensial konsepsiyası daxil edilmişdir. Aydın olmuşdur ki, çuqunun eyni vaxtda kükürdsüzləşməsi və fosforsuzlaşması kükürdsüzləşmə və anod fosforsuzlaşdırılması, dəmir və manqanın ionlarının bərpası kimi katod reaksiyalarının vəhdəti yolu ilə mümkündür. Oksidləşdiricilərin, metalın tərkibinin və kükürdün davranışının təsirinə baxılmış və müəyyən olunmuşdur ki, CaO-in konsentrasiyasının böyüməsi ilə yaranan posanın özlülüyünün artması Al2O3 və SiO2-nin aşqarları hesabına kompensasiya oluna bilər. CaO-CaCl2 sistemi posalarının fosfat və sulfid həcmi qiymətləndirilmiş və müəyyən olunmuşdur ki, bu adi posalarla müqayisədə xeyli yüksəkdir. CaO-CaCl2 sistemi posaları kükürdsüzləşmə və fosforsuzlaşma proseslərinə tətbiqdə fərqləndirici xarakteristikalara malikdirlər.