Arxiv
Regenerativ əyləc texnologiyalarının nəqliyyatda tətbiqinə dair nümunələr
Regenerativ əyləc texnologiyalarının nəqliyyatda tətbiqinə dair nümunələr
“Peşə təhsili və insan kapitalı” jurnalı 2026, №2
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə müasir nəqliyyat sistemlərində regenerativ əyləc texnologiyalarının tətbiqi araşdırılır və onların enerji səmərəliliyinin artırılması, ekoloji təsirlərin azaldılması sahəsində rolu tə hlil olunur. Regenerativ əyləc texnologiyası nəqliyyat vasitələrinin əyləcləmə zamanı yaranan kinetik enerjini elektrik enerjisinə çevirərək təkrar istifadəsinə imkan yaradır. Məqalədə bu tex nologiyanın müxtəlif nəqliyyat növlərində elektrikli avtomobillərdə, sürətli və şəhərdaxili qatar sistemlərində, elektrikli velosipedlərdə və hibrid avtobuslarda tətbiqinə dair nümunələr təqdim edilir. Tədqiqat göstərir ki, regenerativ əyləc texnologiyası nəqliyyat vasitələrinin enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır və karbon emissiyalarının minimuma endirilməsinə xidmət edir. Məqa lədə, həmçinin şəhər nəqliyyatında ağıllı enerji idarəetmə sistemləri vasitəsilə regenerativ enerjinin real vaxt rejimində istifadəsinin səmərəliliyi vurğulanır. Mövzunun aktuallığı dayanıqlı və yaşıl nəq liyyatın inkişafı baxımından bu texnologiyanın genişlənən tətbiqi ilə əsaslandırılır.
Açar sözlər
regenerativ əyləc texnologiyası, enerji səmərəliliyi, yaşıl nəqliyyat, elektrikli nəq liy -yat vasitələri, kinetik enerji, ətraf mühitin mühafizəsi, ağıllı nəqliyyat sistemləri, şəhər nəq liyyatı, karbon emissiyaları, dayanıqlı inkişaf.
Müəlliflər
Yadulla Həziyev, Səyyad Vəliyev, Gülşən Məmmədova
DOİ: 10.30546/2706-7858.2026.2.3037
Nəşr edilib: 2026-06-04, 20:00
Paylaş: