İcmal
Müasir dövrdə təbii və texnogen xarakterli fövqəladə hadisələrin artması cəmiyyətin təhlükəsizliyinin təmin olunmasını daha da акtuallaşdırır. Zəlzələlər, sel və daşqınlar, yanğınlar, sənaye qəzaları və digər fövqəladə hallar insanların həyat və sağlamlığına, iqtisadi inkişafa və ətraf mühitə ciddi təhlükə yaradır. Bu baxımdan mülki müdafiə sisteminin effektiv idarə olunması mühüm əhəmiyyət kəsb edir. Mülki müdafiə idarəçiliyi fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər sistemini əhatə edir. Fövqəladə hadisələr zamanı effektiv mülki müdafiə idarəçiliyi cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında və insan itkilərinin minimuma endirilməsində mühüm rol oynayır. Bu anlayış yalnız hadisəyə reaksiya vermək deyil, həm də qabaqlayıcı tədbirlərin planlaşdırılması, risklərin qiymətləndirilməsi və resursların düzgün idarə olunmasını əhatə edir. Çağdaş dövrdə təbii və texnogen fəlakətlərin tezliyi və miqyası əhəmiyyətli dərəcədə artmış, bu isə effektiv mülki müdafiə idarəçiliyini zəruri etmişdir. Məqalədə fövqəladə hallar zamanı informasiyanın vaxtında və dəqiq toplanılmasının, emalının və yayılmasının rolu vurğulanır.
Açar sözlər
mülki müdafiə, informasiya mübadiləsi, fövqəladə hallar, idarəetmə sistemi, beynəlxalq təcrübə
DOİ: 10.30546/2706-7858.2026.2.3026
Nəşr edilib: 2026-06-04, 20:00