Arxiv
Məktəbəqədər yaşlı uşaqlarda ilkin peşə bacarıqlarının formalaşdırılmasının əhəmiyyəti
Məktəbəqədər yaşlı uşaqlarda ilkin peşə bacarıqlarının formalaşdırılmasının əhəmiyyəti
“Peşə təhsili və insan kapitalı” jurnalı 2026, №2
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə məktəbəqədər yaş dövründə ilkin peşəyönümlü işlərin aparılmasının uşaqların gələcək həyatlarında öz qabiliyyətlərinə uyğun müxtəlif peşələr üzrə bilik, bacarıq və vərdişlərə yiyələnməsində, müstəqil bir şəxsiyyət kimi formalaşmasında önəmli olduğu vurğulanır. Həmçinin bu fəaliyyət dönəmində valideynlərin məktəbəqədər təhsil müəssisəsi ilə daima sıx əməkdaşlıq etməsi, müəllim, valideyn və uşaq münasibətlərinin lazımi səviyyədə olması, təhsildə peşəyönümü fəaliyyətin keyfiyyətli təminatında, uşaqların yüksək nəticə əldə edərək uğur qazanmalarında sti mulverici qüvvə olaraq göstərilir. Məktəbəqədər yaşlı uşaqlarla ilkin peşə xarakterli işlərin uğurla həyata keçirilməsində müəllimlərin pedaqoji ustalığının, peşəkarlıq səviyyəsinin və psixoloji biliklərə malik olmasının zəruriliyi qeyd edilir. Bundan əlavə, məqalədə keçirilən əmək və təsviri fəaliyyət məşğələlərinin kiçikyaşlı uşaqların ilkin peşəyönümlü fəaliyyətə hazırlığı ilə yanaşı, həm də onların mənəvi dünyasına, əqidəsinə, əməksevərliyinə, estetik baxışlarına və fiziki kamilliyinə müsbət təsir göstərməsi onların gələcək peşə seçimində vacib amil kimi öz əksini tapmışdır. 
Açar sözlər
ilkin peşə fəaliyyəti, müəllim-valideyn əməkdaşlığı, rollu oyunlar, peşə maraqları, texnoloji təfəkkür, pedaqoji ustalıq, praktik yaradıcı məşğələlər.
Müəlliflər
İlham Dadaşov
DOİ: 10.30546/2706-7858.2026.2.3023
Nəşr edilib: 2026-06-04, 20:00
Paylaş: