Məqalədə məktəbyaşlı uşaqların vətəndaşlıq mədəniyyətinin formalaşdırılması probleminin elmi, pedaqoji və metodiki ədəbiyyatda qoyuluşundan, həmçinin həmin ədəbiyyatlar üzrə mövzunun təhlilindən bəhs olunur. Vətəndaşlıq mədəniyyətinin təhsilalanlar arasında formalaşdırılması elmi, pedaqoji və metodiki ədəbiyyatda geniş tədqiq edilən bir məsələdir. Bu mövzuda yazılmış kitablar, tədqiqatlar və məqalələr, bu sahədə çalışan təcrübəli tərbiyəçilər tərəfindən təklif olunmuş fəaliyyət planları və fərqli metodiki yanaşmalar mövcuddur. Məhz bu kimi məsələlər məqalədə geniş şəkildə öz əksini tapmışdır.