İcmal
Məqalədə peşə təhsili kontekstində ingilis dilinin funksional rolu və xüsusi məqsədlər üçün ingilis dili (ESP) yanaşmasının tətbiqi problemləri araşdırılaraq müasir əmək bazarının tələbləri fonunda dil kompetensiyasının peşəkar inkişafda, kommunikativ fəaliyyətin təşkili və beynəlxalq əməkdaşlıqda rolu təhlil edilir. Tədqiqatda göstərilir ki, ənənəvi dil tədrisi modelləri peşəyönümlü kompetensiyaların formalaşdırılması üçün kifayət etmir və bu baxımdan ESP yanaşması daha effektiv metodoloji istiqamət kimi çıxış edir. Məqalədə, həmçinin ESP-nin tətbiqi zamanı yaranan əsas problemlər, müəllim hazırlığı, tədris materiallarının çatışmazlığı və proq ramların uyğunlaşdırılması məsələləri təhlil olunur. Nəticə olaraq innovativ metodların tətbiqi və dil tədrisinin əmək bazarı ilə inteqrasiyası əsasında daha effektiv modelin formalaşdırılmasının zəruriliyi əsaslandırılır.
Açar sözlər
peşə təhsili, ingilis dili, ESP, kommunikativ kompetensiya, əmək bazarı, innovativ metodlar
DOİ: 10.30546/2706-7858.2026.2.3007
Nəşr edilib: 2026-06-04, 20:00