İcmal
Məqalədə Azərbaycanda peşə təhsilinin inkişaf mərhələləri, dövlət siyasətində bu sahəyə göstərilən xüsusi diqqət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və peşə təhsilinin insan kapitalının formalaşmasındakı strateji rolu təhlil olunur. Eyni zamanda peşə təhsilinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dual təhsil modelinin tətbiqi və innovativ ixtisasların inkişafı istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim edilir. Məqalədə peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında, qeyri-neft sektorunun gücləndirilməsində və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyəti əsaslandırılır.
Açar sözlər
peşə təhsili, insan kapitalı, dövlət siyasəti, Prezident İlham Əliyev, əmək bazarı, iqtisadi inkişaf, dual təhsil, peşəkar kadr.
DOİ: 10.30546/2706-7858.2026.2.3001
Nəşr edilib: 2026-06-04, 20:00