İcmal
Qərbi Azərbaycanın türk mənşəli etnotoponimləri Azərbaycan və ümumtürk onomastikasının qədim qatını təşkil etməklə yanaşı, türk dillərinin tarixi inkişafının, toponimyaratma modellərinin və etnik-mədəni münasibətlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir. Məqalədə Qərbi Azərbaycan ərazisində yayılmış türk mənşəli etnotoponimlər struktur-semantik aspektdə araşdırılmış, onların morfoloji quruluşu, fonetik transformasiyaları, semantik motivasiyası və nominativ xüsusiyyətləri təhlil edilmişdir. Etnonimlərin oykonim, hidronim və oronim funksiyası qazanması, sadə, düzəltmə və mürəkkəb toponim modellərinin formalaşması, həmçinin fonetik dəyi şikliklərin (b–v, z–s əvəzlənməsi, metateza, assimilyasiya və s.) etnotoponimlərin inkişafındakı rolu müqayisəli materiallar əsasında qiymətləndirilmişdir. Araşdırma zamanı Qərbi Azərbaycan etno toponimləri Azərbaycan, Türkiyə, Türkmənistan və Qazaxıstan toponimikası ilə müqayisə olun muş, eyni etno nimlərin müxtəlif türk coğrafiyalarında paralel şəkildə qorunmasının ümumtürk ono mastik sisteminin vahid tarixi əsaslara söykəndiyini göstərdiyi müəyyən edilmişdir. Tədqiqat nə ticəsində etno toponimlərin yalnız coğrafi ad funksiyası daşımadığı, eyni zamanda türk xalqlarının qədim etnik yad daşını, miqrasiya proseslərini və tarixi dil əlaqələrini əks etdirən mühüm dil vahidləri olduğu əsas landırılmışdır. Müəyyən edilmişdir ki, Qərbi Azərbaycanın etnotoponimik sistemi struktur və semantik xüsusiyyətlərinə görə, ümumtürk onomastikasının ayrılmaz tərkib hissəsini təşkil edir və onun kompleks şəkildə öyrənilməsi Azərbaycan onomastikasının nəzəri əsaslarının, tarixi dilçiliyin və müqayisəli türk toponimikasının inkişafına mühüm töhfə verir.
Açar sözlər
Qərbi Azərbaycan, etnotoponim, onomastika, struktur-semantik təhlil, fonetik trans -formasiya, toponimyaratma modelləri, oykonim, hidronim, oronim, türk dilləri, ümumtürk ono mas -tikası, etnik yaddaş.
DOİ: 10.30546/2706-7858.2026.09.3.383
Nəşr edilib: 2026-09-09, 20:00