Arxiv
Butanol-1 və dizel yanacağı qarışıqlarının atmosfer təzyiqində səs sürəti
Butanol-1 və dizel yanacağı qarışıqlarının atmosfer təzyiqində səs sürəti
"Peşə təhsili və insan kapitalı" jurnalı 2026, №3
Məqalə faylını yüklə
PDF
İcmal
Butanol-1 və dizel B0 yanacağı əvvəlcə xüsusi hazırlanmış kolbalarda vakuum altında deqazasiya edilmiş, daha sonra isə onların saflıq dərəcəsi “Karl Fischer 756 KF titratronu” vasitəsilə yoxlanılmışdır. Binar qarışıqlar bir-birinə bağlı hazırlıq kolbalarında müəyyən edilmiş, xb- 1=(0.0, 0.177, 0.349, 0.5515, 1.0) mol fraksiyalarında və ya Vb-1=(0.0, 7.0, 15.80, 30.0, 100.0%) həcm faizlərində hazırlanmışdır. Məqalədə butanol-1, dizel B0 yanacağı, onların qarışıqlarının atmosfer təzyiqində və geniş temperatur intervalında T=(278.15÷343.15) K səs sürətinin təcrübi nəticələri təqdim olunur. Səs sürətinin təcrübi ölçülməsi avtomatik çalışan DSA 5000M qurğusunun vasitəsilə aparılmışdır. Məqalədə səs sürətinin atmosfer təzyiqində təcrübi nəticələri və yüksək təzyiqlərdə hesablanmış nəticələri verilmişdir. Məhz ona görə də bu bölmədə butanol-1-in həm atmosfer, həm də yüksək təzyiqlərdə səs sürətinin ədəbiyyat nəticələrinin geniş ədəbiyyat xülasəsi verilir.
Açar sözlər
butanol-1, dizel B0, səs sürəti, binar qarışıqlar, DSA 5000M.
Müəlliflər
Bəhruz Əhmədov, Nicat Məjlumov
DOİ: 10.30546/2706-7858.2026.09.3.369
Nəşr edilib: 2026-09-09, 20:00
Paylaş: