İcmal
“Sahibkarlıq” bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri olmaqla yanaşı, təşəbbüskarlıq, risketmə və innovativ fəaliyyətlə səciyyələnən mühüm iqtisadi anlayışdır. Keçmiş iqtisadi yanaşmalarda sahibkarlıq istehsal amillərinin birləşdirilməsi, qeyri-müəyyənlik şəraitində qərarvermə və mənfəət əldə etməyə yönəlmiş fəaliyyət kimi izah olunur. Müasir yanaşmalarda isə sahibkarlıq yalnız iqtisadi fəaliyyət deyil, həm də hüquqi, sosial, institusional və texnoloji amillərlə bağlı kompleks proses kimi qiymətləndirilir. Sahibkarlığın inkişafında dövlət dəstəyi, hüquqi mühit, maliyyə resurslarına çıxış, innovasiya və insan kapitalı mühüm rol oynayır. Azərbaycanda sa hibkarlığın inkişafı məqsədi ilə dövlət proqramları həyata keçirilmiş, güzəştli kreditlər ayrılmış, aqroparklar, sənaye parkları təsis olunmuşdur. Bu tədbirlər regionlarda investisiya fəallığını artırmış, yeni iş yerləri yaratmış və qeyri-neft sektorunun inkişafını sürətləndirmişdir.
Açar sözlər
sahibkarlıq fəaliyyəti, maliyyə resursları, dövlət dəstəyi mexanizmləri, regional iq -tisadi inkişaf.
DOİ: 10.30546/2706-7858.2026.09.3.355
Nəşr edilib: 2026-09-10, 20:00