İcmal
Kənd təsərrüfatının spesifik xüsusiyyətləri, xüsusilə istehsalın təbii-iqlim xüsusiyyətlərindən asılılığı, istehsalın mövsümlülüyü, aşağı gəlirlilik səviyyəsi bu mühüm iqtisadi fəaliyyət sahəsinin investorlar üçün cəlbediciliyini ciddi şəkildə azaldır. Eyni zamanda iqtisadiyyatın digər sa hələrinə nisbətən kənd təsərrüfatının ləng inkişafı ayrı-ayrı istehsal sahələrinə dövlət dəstəyinin həyata ke çirilməsini tələb edir. Bununla əlaqədar olaraq kənd yerlərinin davamlı inkişafı üçün əl verişli şəraitin yaradılması və kənd təsərrüfatı məhsullarının artım tempinin sürətləndirilməsi ilə rə qabətqabiliyyətli istehsalın təmin edilməsi aqrar sahəyə dəstək siyasətinin prioritetlərinə çevrilmişdir.
Açar sözlər
dövlət dəstəyi, stimullaşdırma, subsidiya, investisiya, səmərə.
DOİ: 10.30546/2706-7858.2026.09.3.348
Nəşr edilib: 2026-09-10, 20:00