İcmal
Ölkədə baş verən əhali artımı ilə torpaqlarla təminolunma səviyyəsi arasında statistik asılılıqlar təhlil olunaraq, torpaq resurslarından səmərəli istifadəyə dair beynəlxalq müqayisələr əsasında təkliflər və tövsiyələr hazırlanmışdır. Məqalədə, məhz əsas istehsal vasitəsi kimi torpaq resurslarından istifadənin əsas xüsusiyyətləri nəzərdən keçirilməklə insan cəmiyyətinin mövcud olmasında və dinamik olaraq daima artan maddi-mənəvi tələbatlarının ödənilməsində və dayanıqlı inkişafa nail olunmasında torpağın rolu tədqiq edilmişdir. Həmçinin kənd təsərrüfatına yararlı torpaqların struktur dəyişkənliyində baş verən müsbət dinamika ilə yanaşı, biçənək və örüş-otlaq sahələrinin həcminin və dincə qoyulmuş torpaqların ümumi sahəsinin azalması ilə müşayiət olunan dəyişikliklərin səbəbi aşkarlanmaqla, gələcəkdə növbəli əkin sisteminin tətbiqində yarana biləcək çətinliklər nəzərdən keçirilmişdir. Araşdırma çərçivəsində torpaqların münbitliyinin bərpası məqsədilə iri kəndli təsərrüfatlarının yaradılması ilə intensiv əkinçiliyin tətbiq olunması, müasir becərmə texnologiyalarının tətbiqi, kənd təsərrüfatı istehsalçılarının texniki təminat səviyyəsinin yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dəqiq uçotunun aparılması və mühafizəsinin təşkili, torpaqların vahid məlumat bazasının yaradılması kimi tədbirlər sayəsində aqrar sahədə istehsal potensialının və rəqabətliliyin möhkəmləndirilməsi kimi zəruri tədbirlərin həyata keçirilməsinə dair təminatın yaradılması, torpaqlardan səmərəli istifadənin əsas prioritetlər sırasına daxil edilməsi məsələlərinə toxunulmuşdur.
Açar sözlər
torpaq resursları, torpağın rolu, əkin sahələri, torpaqların münbitliyi, iqtisadi qiy -mətləndirmə.
DOİ: 10.30546/2706-7858.2026.09.3.343
Nəşr edilib: 2026-09-10, 20:00