Arxiv
Səhnədə İşıq Operatorunun Rolu
Səhnədə İşıq Operatorunun Rolu
"Peşə təhsili və insan kapitalı" jurnalı 2024, №1
Məqalə faylını yüklə
PDF
İcmal
   Bəşər tarixinin başlanğıcından bəri insan həyatında ən mühüm elementlərdən olan işığın mühüm xüsusiyyətlərindən biri də ətrafımızdakı bütün canlı və cansız varlıqları, yaşadığımız dünyanı, kainatın ulduz və planetlərini görməyə imkan verir. İşıq görməmizi təmin etməklə yanaşı, bioloji saatımıza, hormon balansımıza, psixoloji və mənəvi sağlamlığımıza da təsir edir.
   Həyatın əsas qaynaqlarından olan işıq səhnə, film, televiziya və s. çəkilişlərində də böyük əhəmiyyət kəsb edir. İşığın idarə oluna bilmədiyi dövrdə səhnə sənətləri  günəşdən faydalanmaq üçün açıq havada ifa edilirdi. Odun kəşfi ilə süni işıqlandırmaya doğru ilk addım atıldı və beləliklə də, süni işıqlandırma inkişaf etməyə başladı. Közərmə lampasının ixtirası və işıq mənbələrinin idarəetmə imkanlarının inkişafı ilə fərqli bir istiqamət qazanan səhnə işıqlandırması təkcə ətraf mühiti  işıqlandırmaq üçün deyil, həm də bölgəni, insanı və duyğuları üzə çıxartmaq məqsədi ilə istifadə olunmağa başladı.
   Məqalənin yazılmasında məqsəd səhnə sənətində, film və televiziyada mühüm yeri olan işıq, işıqlandırma texnikaları və işıq operatorluğu haqqında məlumat verməklə yanaşı, “İşıq operatoru” kurikulumunun hazırlanması metodikasından da bəhs edilmişdir.
Açar sözlər
işıq, rəng, kölgə, kinoda işıq, televiziyada işıq.
Müəlliflər
Səlimə Quliyeva
DOİ:
Nəşr edilib: 2024-04-22, 20:00
Paylaş: