Arxiv
Nüvə enerjisi, yaratdığı təhlükələr və onlardan qorunma qaydaları
Nüvə enerjisi, yaratdığı təhlükələr və onlardan qorunma qaydaları
"Peşə təhsili və insan kapitalı" jurnalı 2026, №3
Məqalə faylını yüklə
PDF
İcmal
Müasir dövrdə nüvə silahları qlobal təhlükələrdən biri hesab olunur. Nüvə partlayışı zamanı yaranan amillər insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükələr yaradır. Məqalədə nüvə partlayışının əsas zədələyici amilləri, radiasiyanın növləri, ətraf mühitə, eləcə də insan orqanizminə təsirləri nəzərdən keçirilir. Bu təhlükələrdən müxtəlif şəraitlərdə qorunma, davranış qaydaları, qida və su təhlükəsizliyi, radioaktiv çirklənmədən sonra görülən digər tədbirlər haqqında geniş məlumat verilir. Məqalənin məqsədi nüvə və radiasiya təhlükəsi zamanı geniş oxucu kütləsini düzgün maarifləndirməkdir.
Açar sözlər
nüvə reaksiyası, nüvə partlayışı, zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv çirklənmə, elektromaqnit impulsu, radiasiyadan qorunma, davranış qaydaları.
Müəlliflər
İsmayıl Əliyev, Səfurə Vəliyeva
DOİ: 10.30546/2706-7858.2026.09.3.326
Nəşr edilib: 2026-09-10, 20:00
Paylaş: