İcmal
Məqalədə tələbələrin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılmasında təhsil müəssisələrində aparılan təlim-tərbiyə işləri, bu problemin müasir dövrdə aktuallığını şərtləndirən amillər öz əksini tapmışdır. Tələbələrdə milli-mənəvi dəyərlərə olan sevgini artırmaq və bu dəyərləri gənc nəslin yaddaşında möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdən biridir. Bu mənada həm təhsilin, həm də bütövlükdə cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri xüsusi əhə miyyət kəsb edən ali təhsil prosesini daha məhsuldar və milli dəyərlər fonunda qurmaqdır. Həmçinin məqalədə qeyd edilir ki, tədris prosesinin istənilən mərhələsində milli-mənəvi dəyərlərin inteqrasiyası qloballaşan dünyada qarşıda duran əsas vəzifə və aktual problemdir.
Açar sözlər
milli-mənəvi dəyər, ali məktəb, qloballaşma, təhsil prosesi, auditoriyadankənar məş -ğələlər.
DOİ: 10.30546/2706-7858.2026.09.3.312
Nəşr edilib: 2026-09-10, 20:00