Arxiv
Azərbaycanda Sahibkarlığın Maliyyəiqtisadi Potensialı
Azərbaycanda Sahibkarlığın Maliyyəiqtisadi Potensialı
"Peşə təhsili və insan kapitalı" jurnalı 2024, №1
Məqalə faylını yüklə
PDF
İcmal
   Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin ayrılmaz hissəsi olan sahibkarlığa mühüm diqqət yetirilir. Sahibkarlığın yalnız malların alqı-satqısı ilə əlaqəli kommersiya fəaliyyəti kimi qəbul edilməsinin sosial stereotipləri geniş yayılmışdır. Belə bir fikir natamamlıq və məhdudluqdan əziyyət çəkir. Sahibkarlıq təkcə ticarət və əmtəə mübadiləsi ilə bağlı deyil, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin demək olar ki, bütün sahələrinə yayılan son dərəcə çoxşaxəli iqtisadi fəaliyyət növüdür.Beləliklə, sahibkarlıq yeni iqtisadi imkanların yaradıcı formada axtarışına, rəqabət şəraitində müxtəlif mənbələrdən resursları cəlb və istifadə etmək bacarığına əsaslanan xüsusi yenilikçi iqtisadi davranış tərzidir.
    Məqalədə ölkəmizdə sahibkarlıq sahəsində maliyyə-iqtisadi potensialın önəmli məqamları açıqlanır. Vəziyyətin daha dolğun olması üçün məqalədə maliyyə-iqtisadi potensialın göstəricilərinin sahibkarlığa və milli iqtisadiyyata təsir dərəcəsi dərindən təhlil edilir.
Açar sözlər
sahibkar, sahibkarlıq fəaliyyəti, maliyyə-iqtisadi potensial, mikro sahibkarlıq subyektləri, kiçik sahibkarlıq subyektləri, orta sahibkarlıq subyektləri.
Müəlliflər
Vüqar Nəzərov
DOİ:
Nəşr edilib: 2024-04-22, 20:00
Paylaş: