
Bitkilərin
qidalanmasının elmi-nəzəri və təcrübi əsasları göstərir ki, bitkilər xarici
mühitlə daima qarşılıqlı əlaqədə olur. Bitkilərin normal inkişaf etməsi, yüksək
və keyfiyyətli məhsul verməsi üçün kompleks həyat faktorları olmalıdır.
Onlardan ən vacibi isə bitkilərin qidalanmasıdır. Bitkilərin qidalanmasını öyrənmək
aqrokimya elminin ən mühüm vəzifələrindən biridir. Məqalədə bitkilərdə gedən
maddələr mübadiləsi tədqiq edilərək bitkiləri normal qidalandırmaqla məhsuldarlığının
artırılması, eləcə də keyfiyyətinin yaxşılaşdırılması vasitələri araşdırılır və
iqtisadi göstəriciləri təhlil edilir.