Müasir iqtisadiyyatın ən əsas elementlərindən biri texnoparklardır. Texnoparklar innovasiya məhsulunun və yüksək texnologiyaların təkmilləşdirilməsi ilə elmi
tədqiqatların nəticələrinin sənaye sahələrində tətbiqi üçün infrastrukturun idarəetmə strukturu olan bir sahəsidir. Milli elm və elmtutumlu istehsalata texnoparkların inkişafı kömək edir. Məqalədə Naxçıvan Dövlət Universitetində tikintisi davam etdirilən Texnologiyalar parkı haqqında danışılır.
Bildiyimiz kimi, texnoparklar innovasiya infrastrukturunun tərkib hissəsi olmaqla, universitetlər, araşdırma mərkəzləri sahibkar və bazar arasındakı əməkdaşlığı artırmaq, qabaqcıl texnologiyalı məhsul və xidmət istehsalına uyğun infrastruktur və xidmətlərə təsir edən təşkilatlardır.
Məqalədə iqtisadiyyatın innovasiyayönümlü iqtisadi inkişafında əsas rol oynayan prioritetləri araşdırılıb. Bu da rəqabətliliyin, innovasiya məhsullarının xüsusi çəkisinin artırılmasının elmi-tədqiqat işlərinin, səmərəli yeniliklərin iqtisadiyyata tətbiqində innovasiya infrastrukturunun inkişafına stimul yaradır