Məqalədə quşçuluq təsərrüfatlarının tam inkişafına mane olan və bu təsərrüfatlara iqtisadi zərər vuran şərti patogen mikrobların törətdikləri xəstəliklərdən larinqotraxeitin epizootik vəziyyətinin öyrənilməsi və yayılmasına şərait yaradan amillərin aşkarlanması, onlara qarşı mübarizə tədbirlərini tədqiqatlarla müəyyən etməklə qeyd olunan larinqotraxeitə qarşı fitobiotik təsirli bitkilərdən istifadə edilməsi tövsiyə olunur. Virus mənşəli belə infeksion xəstəliklərin baş verməməsi üçün ciddi baytarlıq nəzarəti, vaxtaşırı ümumi və laborator müayinələrin aparılması, düzgün qulluq və fitobiotik təsirli bitkilərdən istifadə edilməsi, fərdi bina daxilinə aid olmayan əşya və canlıların təmasının məhdudluğu infeksiyanın yaranması və yayılması ehtimalını minimuma endirilir. Qabaqlayıcı tədbirlərin görülməsi isə xəstəlik ehtimalını yox edir. Yadda saxlamaq lazımdır ki, ən yaxşı müalicə üsulu xəstəlik yaranmamışdan əvvəl ona qarşı görülən profilaktik tədbirlərdir.