Azərbaycanda kənd təsərrüfatı məhsullarına qlobal tələbatın davamlı artması iqtisadi inkişaf üçün imkanlar yaradır. Ölkə əhəmiyyətli kənd təsərrüfatı potensialına malikdir və dövlətin
aqrar siyasəti idxalı əvəzetmə, ərzaq ixracını stimullaşdırmağa imkan verir. Bu baxımdan yerli kənd təsərrüfatı məhsulları ixracının inkişafının əsas mümkün istiqamətlərinin araşdırılması aktualdır. Tədqiqatın əsas məqsədlərinə kənd təsərrüfatı məhsulları ixracının inkişafının məqsədəuyğunluğunun əsaslandırılması, ixrac potensialının qiymətləndirilməsi və ərzaq istehsalının ixracyönümlü inkişaf perspektivlərinə dair tövsiyələrin hazırlanması daxildir. Məqalədə Microsoft Excel proqram təminatının imkanlarının tətbiqi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında ixraca təsir edən amillərin reqressiya asılılığı müəyyən edilmiş və proqnozlaşdırılmışdır.