İcmal
Məqalədə tələbələrdə motivlərin formalaşdırılması və inkişafı məsələsi onların müstəqil
təlim fəaliyyətinin təşkili müstəvisində açıqlanır. Qeyd edilir ki, müasir təlim konsepsiyaları təlim
prosesinin quruluşunda tələbələrin müstəqil fəaliyyətinin artmasını tələb edir. Bu isə tələbələrin
motivlərindən bilavasitə asılıdır. Məqalədə, həm də son dövrlərdə motivlərin təsnifatı, formalaşması
və inkişafı istiqamətində aparılan tədqiqatlar təhlil edilmiş, həmin tədqiqatlar əsasında motivlərin
formalaşdırılması və inkişafı yolları araşdırılmışdır.
Açar sözlər
motivasiya, tələbənin müstəqil fəaliyyəti, idraki motivlər, sosial motivlər, sosial əməkdaşlıq motivləri, peşə motivləri.
DOİ:
Nəşr edilib: 2024-04-22, 20:00