Məqalədə broyler cücələrinin istehsalında yüksəkkeyfiyyətli yumurta inkubasiyasının əhəmiyyətindən danışılır və yumurtanın qoyulmasından cücələrin çıxmasına qədər inkubasiyanın
bütün mərhələlərində bioloji nəzarətə ehtiyac olduğu göstərilir. Həmçinin məqalədə inkubasiya yumurtalarının keyfiyyətinin əsas göstəriciləri – çəki, sıxlıq, forma indeksi, qabığın qalınlığı, HAU vahidləri, yumurta sarısında A, B2 vitaminlərinin tərkibi, karotinoidlər və turşuluğun miqdarlığını da qeyd olunur. Onların təyini üsulları, inkubasiya dövründə yumurta çəkisinin itirilməsinin uçotu və ovoskop vasitəsilə işıqlandırma üsulu haqqında məlumat verilir.
İnkubasiyadan sonrakı bioloji nəzarət ardıcıllığı, inkubasiya nəticələrinin uçotu və təhlili,birgünlük cücələrin eksteryer və morfo-biokimyəvi göstəricilərinə görə qiymətləndirilməsi, kondision olmayan keyfiyyətsiz cücələrin çıxdaş növünə görə bölüşdürülməsi, patoanatomik analiz və embrionların ölüm səbəblərinin müəyyən edilməsi, yetişdirmənin ilk 10 günündə cücələrin salamat saxlanılmasına nəzarət edilməsi və bir günlük cücələrin keyfiyyətinin qiymətləndirilməsi üsulları vizual olaraq eksteryer əlamətlərinə görə çəki alınmaqla morfoloji və biokimyəvi analizlər üçün seçmə üsulu ilə yarılma aparmaq və “Xəmsə MMC” quşçuluq damazlıq təsərrüfatının bazasında “Ross-308” krossunun valideyn sürüsündən alınan inkubasiya yumurtalarının keyfiyyətinin öyrənilməsinin nəticələri təhlil edilir.