Arxiv
Elm Tutumlu İstehsalın Yaşıl İqtisadiyyatda Rolu
Elm Tutumlu İstehsalın Yaşıl İqtisadiyyatda Rolu
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №2
Məqalə faylını yüklə
PDF
İcmal
Müasir dünyada hәr bir ölkә hәm ayrılıqda, hәm dә digәr ölkәlәrlә birlikdә iqtisadi siya -
sәtindә dayanıqlı inkişafı düşünmәklә yanaşı, әtraf mühit problemlәrini iqtisadiyyatla әlaqә lәn -
dirmәkdәdir. Dayanıqlı inkişaf dedikdә, iqlim dәyişikliyinin nәticәsindә ekoloji problemlәrin iqtisa -
diyyatda hәlli yolu tapması başa düşülür. Bu isә öz növbәsindә, “yaşıl iqtisadiyyat” anlayışını iqti -
sadi termin kimi lüğәtә daxil edir. Yaşıl iqtisadiyyat ölkәnin iqtisadi inkişafı ilә yanaşı, isteh salatda
tәtbiq edilәn elmi-texniki tәrәqqinin kömәyi ilә ekoloji vә sosial problemlәrә hәllyönümlü yanaş -
masıdır. Yaxın gәlәcәkdә tükәnmәsi proqnozlaşdırılan enerji mәnbәlәrinin bәrpa olunan enerji ilә
әvәzlәnmәsi, qida vә içmәli su çatışmazlığı, әhalinin sosial rifahının yaxşılaşdırılması kimi mәsәlәlәr
tәklikdә bir ölkәnin deyil, hәmçinin ümumdünya problemidir. Burada bütün ölkәlәr yaşıl iqti -
sadiyyata inteq rasiyada maraqlıdırlar.
Açar sözlər
yaşıl iqtisadiyyat, elmi-texniki tәrәqqi, dayanıqlı inkişaf, bәrpa olunan enerji, volatilik.
Müəlliflər
Könül Quliyeva
DOİ: 10.30546/2706-7858.2025.2.050
Nəşr edilib: 2025-06-12, 20:00
Paylaş: