Arxiv
Mədəniyyətin Ötürülməsi Və İntellektin İnkişafı Təlim Məqsədi Kimi
Mədəniyyətin Ötürülməsi Və İntellektin İnkişafı Təlim Məqsədi Kimi
"Peşə təhsili və insan kapitalı" jurnalı 2024, №1
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə müasir dövrdə təhsil müəssisələrində tətbiq edilən təlim məqsədləri taksonomiyasından bəhs edilir. Tarixi araşdırmada ilk təhsil müəssisələrinin meydana gəlməsindən etibarən məktəblərdə təlim məqsədlərinin yaranması probleminin müxtəlif dövrlər üzrə inkişafı diqqəti cəlb edir. Təlim məqsədlərinin tarixi təhlili fonunda belə qənaətə gəlmək olur ki, təlim öyrədici, inkişafetdirici və tərbiyəedici məzmun daşıdıqda daha mükəmməl olur. Bu kontekstdə B.Blumun təlim məqsədləri taksonomiyası təhlil edilərək, orada tərbiyəedici məzmunun olmadığı vurğulanır. Məqalədə professor Əbdül Əlizadənin üçtərkibli (öyrənmə, inkişaf və mədəniyyət) tak sonomiyasının tətbiqi müasir dövrdə təhsilalanın inkişafı baxımından daha səmərəli məzmuna malik olduğu qeyd edilir.
Açar sözlər
mədəniyyət, intellekt, təlim məqsədləri, taksonomiya, inkişafetdirici, tərbiyəedici, öyrədici.
Müəlliflər
Hikmət Əlizadə
DOİ:
Nəşr edilib: 2024-04-21, 20:00
Paylaş: