Arxiv
İngilis Dili Dərslərində Dərs Planlamasına Dair Müxtəlif Yanaşmalar
İngilis Dili Dərslərində Dərs Planlamasına Dair Müxtəlif Yanaşmalar
"Peşə təhsili və insan kapitalı" jurnalı 2024, №1
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə dərs planlamasının mahiyyəti, məqsədi, əhəmiyyəti, müəllimin rolu və hədəfləri müəyyənləşdirilir. Eyni zamanda dərs planlaması zamanı ən çox istifadə olunan yanaşmalar təhlil edilərək o qənaətə gəlinir ki, planlaşdırılmış dərs daha effektli nəticələr göstərir, nəinki kortəbii şəkildə yerinə yetirilən dərs. Müəllimin ideyası, koherentlik, koheziya, tətbiqetmə və tələbəyönümlü tədrisin təşkili, eləcə də bir çox məsələlər dərs planlamasında nəzərə alınır. Effektiv tədrisin əsas cəhəti auditoriyada baş verəcəkləri plan şəklinə salmaqdır. Belə bir planın yaradılması real məqsədlərin qoyulması, tələb olunan materialların və digər əlavə materialların necə təqdim ediləcəyi qərarının verilməsini və öyrənməyə kömək edəcək fəaliyyətlərin işlənilib hazırlanmasını əhatə edir.Planlaşdırılmış dərs bizə tədris və təlim məqsədlərimizin, həmçinin onlara nail olmaq üçün vasitələrin ümumi konturunu təqdim etməlidir. O bizə nə etmək istədiyimizi və bunu necə etmək istədiyimizi xatırladır. Məhsuldar dərs hər şeyin planlaşdırıldığı kimi davam etdiyi dərs deyil, həm tələbələrin, həm də müəllimin bir-birindən öyrəndiyi dərsdir.
Açar sözlər
dərs planlaması, tədrisin təşkili, ehtiyac, məqsəd, məzmun, resurs, ardıcıllıq, vaxta qənaət.
Müəlliflər
Könül İsgəndərova
DOİ:
Nəşr edilib: 2024-04-23, 20:00
Paylaş: