İcmal
Müasir ticarәt mühitindә gömrük prosedurlarının düzgün tәşkili vә icrası milli iqtisadiyyatların davamlı inkişafı vә beynәlxalq ticarәt әmәliyyatlarının tәhlükәsizliyini tәmin edәn әsas amillәrdәn biridir. Bu prosesin effektiv vә mәqsәdyönlü şәkildә hәyata keçirilmәsi üçün xüsusi metod vә prinsiplәrin tәtbiqi mühüm әhәmiyyәt kәsb edir. Gömrük nәzarәtinin әsas mәqsәdi sәrhәd keçid mәntәqәlәrindә qanun pozuntularının qarşısını almaq, qanuni ticarәti dәstәklәmәk vә milli tәhlükәsizliyi tәmin etmәkdir. Bu yanaşmaların nәzәri vә praktiki tәtbiqi beynәlxalq ticarәt әmәliyyatlarını daha tәhlükәsiz vә şәffaf edir, eyni zamanda gömrük nәzarәtinin sәmәrәliliyini artırır. Gömrük orqanlarının fәaliyyәtindә metod vә prinsiplәrin düzgün tәtbiqi hәm milli iqtisadiyyat, hәm dә qlobal ticarәt baxımından mühüm әhәmiyyәt kәsb edir. Bu mәqsәdlәrә nail olmaq üçün riskәsaslı yanaşma, texnoloji hәllәrdәn istifadә, beynәlxalq әmәkdaşlıq vә şәffaflıq kimi müasir prinsiplәr ön plana çıxır. Hәmçinin gömrük prosedurlarının tәnzimlәnmәsi zamanı insan hüquqlarına hörmәt vә hüquqi әsasların qorunması proseslәrin etik dәyәrlәrә uyğun tәşkil edilmәsini tәmin edir. Gömrük orqanlarının fәaliyyәtindә tәtbiq olunan metod vә prinsiplәr idxal-ixrac әmәliyyatlarını sürәtlәndirmәklә yanaşı, qanunsuz fәaliyyәtlәrә qarşı mübarizәdә effektiv vasitә kimi çıxış edir. Bu yanaşmalar, eyni zamanda milli vә qlobal iqtisadiyyatın dayanıqlı inkişafına dәstәk verir vә beynәlxalq ticarәt әlaqәlәrindә tәhlükәsizliyin vә şәffaflığın tәmin edilmәsinә töhfә verir.
Açar sözlər
gömrük nәzarәti, risk idarәetmәsi, etik vә hüquqi әsaslar, idxal-ixrac әmәliyyatları
DOİ: 10.30546/2706-7858.2025.3.1012
Nəşr edilib: 2025-09-25, 20:00