İcmal
Son illərdə elmi əsaslandırılmış təhsil siyasətinin zəruriliyi və aparılan tədqiqatların key -fiyyəti, həmçinin onların effektivliyi barədə müzakirələr getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Məqalədə mövcud eksperimentlər və tədqiqatların, eləcə də Avropa və ABŞ-da təhsil sahəsində elmi məlumatların təhsil siyasətinə təsiri araşdırılır, nümunə kimi sinifdə şagird sayı ilə bağlı tədqiqatlar təqdim olunur. Ümumiyyətlə, sinifdə şagird sayı azaldıqca öyrənmə prosesi daha səmərəli olur. Lakin bu məsələ ilə bağlı dünya üzrə tədqiqatçılar arasında yekdil fikir yoxdur. Əsas ideya ondan ibarətdir ki, sinifdə şagird sayının dəyişdirilməsi kimi mühüm qərarlar yalnız etibarlı elmi tədqiqatlara əsaslanmalıdır. Bəzi araşdırmalar sinifdə şagird sayı ilə şagird nailiyyəti arasında müsbət əlaqə müəy yən etsə də, digər tədqiqatlar bu göstəricilər arasında əhəmiyyətli asılılıq aşkar etməmişdir. Ona görə də şagirdlərin azsaylı siniflərdə daha yaxşı nəticə göstərdiyini iddia etməzdən əvvəl daha uzun müddətli və dərin elmi araşdırmalar aparılması vacibdir.
Açar sözlər
dəliləsaslı qərarvermə, təhsil siyasəti, sinifdə şagird sayı, şagird nailiyyətləri, data, tədqiqat
DOİ: 10.30546/2706-7858.2025.4.068
Nəşr edilib: 2025-12-07, 20:00