Arxiv
Tarixin tədrisində süni intellektin tətbiqi perspektivləri: nəzəriyyə və praktika
Tarixin tədrisində süni intellektin tətbiqi perspektivləri: nəzəriyyə  və praktika
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №4
Məqalə faylını yüklə
PDF
İcmal
Məqalədə tarixin tədrisində süni intellektin (Sİ) tətbiq perspektivləri araşdırılır. Süni intellektin fərdiləşdirilmiş tədrisə, dərslərin interaktivliyinə, ilkin mənbələrlə işləməyə və təhsil alanların tənqidi düşünmə bacarıqlarının inkişafına təsiri təhlil edilir. Xüsusi diqqət Sİ texnologiyalarının tətbiqinin praktiki aspektlərinə – rəqəmsal köməkçilər, virtual ekskursiyalar və rol oyunları kimi fəaliyyətlərə yönəldilir və bu üsullar əsasında Yunan şəhər-dövlətlər – Afina və Spartanın təhlili ilə nümunələndirilir. Məqalədə, həmçinin etik məsələlər, müəllimlərin rəqəmsal savadı və təhsil prosesində süni intellektin səmərəli istifadəsi üçün infrastruktur tələbləri müzakirə olunur. Vurğulanır ki, süni intellekt müəllimlər üçün dəstək aləti kimi xidmət edir və tarix proqramı standartlarının həyata keçirilməsini asanlaşdırır.
Açar sözlər
süni intellekt, tarixin tədrisi, fərdiləşdirilmiş təhsil, interaktiv dərslər, rəqəmsal tex -nologiyalar, Yunan şəhər-dövlətləri, təhsil standartları, tənqidi düşüncə, praktiki tövsiyələr
Müəlliflər
Leyla Hüseynova
DOİ: 10.30546/2706-7858.2025.4.065
Nəşr edilib: 2025-12-07, 20:00
Paylaş: