Arxiv
Ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərində coğrafiyanın inteqrativ tədrisi metodikası
Ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərində coğrafiyanın inteqrativ tədrisi metodikası
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №4
Məqalə faylını yüklə
PDF
İcmal
Təhsilalanların XXI əsr kompetensiyaları içərisində tənqidi düşünmə, problem həlletmə, kreativlik, kommunikasiya, əməkdaşlıq, elmi və İKT savadlılığı, maliyyə, mədəni və mülki savadlılıq bu gün aktual olaraq qalmaqdadır. Şagirdlərin dəyişən mühitə adaptasiyası üçün maraq, təşəbbüskarlıq, əzmkarlıq, uyğunlaşma, liderlik, sosial və mədəni məlumatlılıq kimi şəxsi keyfiyyətləri olmalıdır. Məhz bu tələblər kontekstində 2019–2020-ci tədris ilindən etibarən Azər baycanın ümumtəhsil məktəblərində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi fəaliyyətə başladı. Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, onları əmək bazarına hazırlamaqdır. Peşə təmayüllü sinifləri bitirən şagirdlər ümumtəhsil fənləri ilə yanaşı, müvafiq peşələrə yiyələnir və tam orta təhsil haq qında attestat alırlar. Bu tip siniflərdə tədris olunan ümumtəhsil fənlərindən biri də coğrafiyadır. Məqalədə peşə təmayüllü siniflərdə coğrafiyanın fizika, kimya, riyaziyyat, biologiya, o cümlədən müxtəlif peşələrlə əlaqəsi təhlil olunur.
Açar sözlər
peşə təmayüllü siniflər, XXI əsr kompetensiyaları, ümumtəhsil məktəbləri, inteqrativ təhsil, coğrafiya, kimya, biologiya, riyaziyyat, fizika.
Müəlliflər
Namiq Ağaməmmədov
DOİ: 10.30546/2706-7858.2025.4.062
Nəşr edilib: 2025-12-07, 20:00
Paylaş: