Arxiv
Hərbi Diskursların Tipoloji Təsnifatı
Hərbi Diskursların Tipoloji Təsnifatı
"Peşə təhsili və insan kapitalı" jurnalı 2024, №1
Məqalə faylını yüklə
PDF
İcmal
Hərbi diskurs hərbi ünsiyyət sahəsinə xidmət etməyə yönəldilmiş şifahi və yazılı mətnlər toplusunu, “presedent” ifadələri və mətnlərin tezaurusunu, bu ünsiyyət növünə xas olan nitq hərəkətləri və janrlar toplusunu əhatə edir. Peşəkar mövzu və idrak fəaliyyəti prosesində hərbi mütəxəssis üçün xarici dil mətnləri arasında ən produktiv və potensial olan peşəkar əhəmiyyətli məlumatları özündə birləşdirən hərbi-texniki, hərbi-informasiya və hərbi-elmi mətnlərdir. Hərbi diskurslar tipoloji təsnifat baxımından digər diskurslarla oxşar və fərqli xüsusiyyətlərə malikdir. Müasir nəzəriyyəyə əsasən, diskursların təsnifatı müxtəlif əsaslara görə təsnif edilə bilər. Məqalədə
bir çox tədqiqatçıların diskurs təsnifatları yer almışdır. Hərbi diskurs mürəkkəb linqvistik hadisə olduğundan kifayət qədər müstəqilliyə malikdir və struktur-sintaktik xüsusiyyətləri baxımından maraqlıdır. Əldə olunan təsnifatlarda hərbi diskurslarla əlaqələndirilmiş nəticələr diqqət mərkəzinə gətirilmişdir.
Açar sözlər
diskurs təsnifatı, institusional diskurs, sosiolinqvistik prinsip, diskursiv formullar, linqvistik və ekstralinqvistik xüsusiyyətlər
Müəlliflər
Lütviyyə Nəsibova
DOİ:
Nəşr edilib: 2024-04-22, 20:00
Paylaş: