Arxiv
Əşyaların interneti (IoT) əsaslı ürək ritmlərinə məsafədən nəzarət sistemi: ESP8266 və sensor texnologiyalarının tətbiqi
Əşyaların interneti (IoT) əsaslı ürək ritmlərinə məsafədən nəzarət sistemi: ESP8266 və sensor texnologiyalarının tətbiqi
"Peşə təhsili və insan kapitalı" jurnalı 2025, №4
Məqalə faylını yüklə
PDF
İcmal
Hazırda səhiyyə xidmətlərində məsafədən monitorinq sistemlərinin tətbiqi getdikcə daha çox genişlənir və bu yanaşma pasiyentlərin fizioloji parametrlərinə fasiləsiz və operativ nəzarəti mümkün edir. Tədqiqatda Əşyaların interneti texnologiyasına əsaslanan məsafədən ürək ritminə nəzarət sistemi təklif olunmuşdur. Sistem ESP8266 mikrokontrolleri, Pulse Sensor Amped və OLED displey modulundan istifadə etməklə qurulmuşdur. Real vaxt rejimində pasiyentin nəbz siqnallarını ölçmək və vizuallaşdırmaq məqsədi ilə sensorla əldə olunan məlumatlar mikrokontroller vasitəsilə emal edilir və həm OLED displeydə, həm də internet üzərindən gmail vasitəsilə həkimə ötürülür. Təklif olunan sistemdə pasiyentin ürək ritmində baş verən anormal dəyişikliklərin, xüsusilə taxikardiya və bradikardiya hallarının avtomatik aşkarlanması üçün sadə və effektiv alqoritm işlənilib hazırlanmışdır. 
Açar sözlər
əşyaların interneti, ürək ritmi, məsafədən nəzarət, nəbz sensoru, ağıllı sistemlər
Müəlliflər
İzzət Piriyev
DOİ: 10.30546/2706-7858.2025.4.047
Nəşr edilib: 2025-12-07, 20:00
Paylaş: