İcmal
Məqalədə şərabçılığın tarixi, tarixi coğrafiyası, distillə texnologiyası, qablaşdırılması və saxlanılmasından, həmçinin qədimdə şərabın xüsusi yeri və arxeoloji qazıntılar zamanı e.ə. 2000-ci illərdə Anadoluda Hititlər zamanında üzüm və şərabın sosial həyatda böyük önəm daşıdığı, eləcə də dini ayinlərdə üzüm və şərabın tanrılara hədiyyə olunmasından söz açılır. Bundan əlavə, Cənubi Azərbaycanda Urmiyə şəhəri yaxınlığında Zaqros dağlarında “Hacı Firuz Təpə” deyilən ərazidə, e.ə. 5400-cü illərə söykənən şərabla bağlı dəlillərin mövcudluğundan və e.ə. V əsrdə Qədim Yunan tarixçisi Herodotosun Azərbaycandan Dəclə və Fərat çayları boyunca aşağı regionlara qədər şərab ixracından bəhs edilir.
Açar sözlər
şərab, distillə sənəti, üzüm suyu, meyvə, badə, şərab tanrısı, distillə, şumerlər, Ges-Tin.
DOİ: 10.30546/2706-7858.2025.4.031
Nəşr edilib: 2025-12-07, 20:00