İcmal
Məqalədə Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat infrastrukturunun formalaşdırılması və onun iqtisadi inkişafdakı rolu ətraflı şəkildə araşdırılır. Qeyd olunur ki, elmi-tədqiqat müəssisələrinin fəaliyyəti regionun iqtisadi potensialının artırılmasına və yeni innovativ sahələrin inkişafına xidmət edir. Xüsusilə kənd təsərrüfatı, sənaye və turizm sektorlarında elmi yeniliklərin tətbiqi məhsuldarlığın yüksəldilməsinə və iqtisadi şaxələndirmənin sürətlənməsinə səbəb olur. Eyni zamanda elmi-tədqiqat infrastrukturunun gücləndirilməsi üçün kadr hazırlığı, innovasiya fəaliyyəti və texnologiya transferi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Naxçıvan Dövlət Uni versiteti, AMEA-nın Naxçıvan bölməsi və digər elmi qurumlar bu sahədə əsas rol oynayır. Mə qalədə elmi-tədqiqatların iqtisadi inkişafa verdiyi töhfələrin artırılması üçün gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlər də vurğulanır. Ümumilikdə məqalədə elmi-tədqiqat infrastrukturunun regionun dayanıqlı iqtisadi inkişafına xidmət etdiyi və innovasiyaəsaslı iqtisadi modelin formalaşdırılmasında vacib rol oynadığı qənaətinə gəlinmişdir.
Açar sözlər
elmi-tədqiqat infrastrukturu, Aqrar Elmi-Tədqiqat İnstitutu, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, Naxçıvan Regional İnnovasiya Mərkəzi, İnnovasiya və texnologiya
DOİ: 10.30546/2706-7858.2025.4.024
Nəşr edilib: 2025-12-07, 20:00