JURNAL HAQQINDA
“Peşə təhsili və insan kapitalı”
elmi-praktiki, metodiki jurnal
Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan
kapitalı” elmi-praktiki, metodiki jurnalı 1969-cu
ildən “Gənc fəhlə” adı ilə nəşrə başlamış və
müəyyən fasilədən sonra 2000-ci
ildən “Sənətkar” adı ilə fəaliyyət göstərmişdir.
Jurnalın təşkilati-hüquqi
adı Azərbaycan Respublikası Elm və Təhsil nazirinin
23.11.2017-ci il tarixli, 416 nömrəli Əmri ilə dəyişdirilərək hazırda “Peşə təhsili
və insan kapitalı” jurnalı kimi fəaliyyətini
davam etdirir.
Jurnal
təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununun yeniləşdirilməsi,
mütərəqqi tədris metod və üsullarının təbliği, gənc nəslin milli dəyərlər
ruhunda tərbiyə olunması baxımından mühüm rol oynayır.
Respublikamızda
peşə təhsilini inkişaf etdirmək, onun informasiya təminatını yaxşılaşdırmaq,
metodiki təminatını gücləndirmək, yeni tipli məktəblərin, peşə təhsili müəssisələrinin, yaradıcı
müəllimlərin, qabaqcıl ölkə və dünya təcrübəsinin öyrənilib yayılması işini “Peşə təhsili
və insan kapitalı” jurnalı
həmişə özünün ümdə vəzifəsi hesab edib. Jurnal bu gün də Azərbaycanın təhsil
sistemində uğurla davam edən islahat prosesinə öz töhfəsini verir.
Jurnalda müntəzəm olaraq Elm və Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlarının, tanınmış pedaqoqların, Təhsil İnstitutunun mütəxəssislərinin, peşə təhsili müəssisələri rəhbərlərinin, müəllim və istehsalat təlimi ustalarının məqalələri, tövsiyələri, metodik işləri dərc olunur. Jurnal öz səhifələrində bir-birindən maraqlı rubrikalar altında xarici ölkə alimlərinin də peşə təhsilinin problemləri haqqında yazılarına yer verir, hökumətin, Elm və Təhsil Nazirliyinin təhsil sahəsində yürütdüyü siyasətin, həmçinin təhsil, o cümlədən peşə təhsili ilə bağlı qərar və göstərişlərin təbliğini də həyata keçirir.
Jurnalın yaradıcı kollektivi 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına diplomuna layiq görülüb. 2014-cü ildə jurnal Azərbaycan Mətbuat Şurasına üzv seçilib.
“Peşə təhsili və insan kapitalı” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının PEDAQOGİKA, İQTİSAD və TEXNİKA elm sahələri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında yer almışdır.
Jurnalın www.jurnal.vet.edu.az saytında
yeni məqalələrlə yanaşı, jurnalda çap olunan məqalələrin də arxivi yerləşdirilir.
Jurnala Beynəlxalq Standart Seriya Nömrəsi – İSSN və E-İSSN, Rəqəmsal Obyekt İdentifikatoru kodu – DOİ və ROAD Beynəlxalq İndeksi verilmişdir.
ISSN 2664-4770 (Print)
E-ISSN 2706-7858 (Online)
DOİ: 10.30546/2706-7858
Jurnal ildə 4 dəfə (rübdə bir dəfə olmaqla) nəşr olunur.