İcmal
Son onilliklər ərzində avtomobil sənayesi dərin texnoloji transformasiyalarla müşayiət olunan sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf avtomobil konstruksiyalarının təkmilləşdirilməsi, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, sürücünün funksional yükünün azal dılması və qəza hallarında xilasetmə tədbirlərinin daha effektiv həyata keçirilməsi məqsədlərinə xidmət edir. Müasir avtomobillərdə tətbiq olunan intellektual idarəetmə sistemləri, eləcə də aktiv və passiv təhlükəsizlik elementləri, qabaqcıl sürücüyə yardım sistemləri (ADAS), elektron sabitlik proqramı (ESP), antiblok sistem (ABS), eCall, GPS izləmə kimi rəqəmsal texnologiyalar sürücülük təhlükəsizliyini artırır və qəza risklərini effektiv şəkildə azaldır. Bununla yanaşı, yeni materialların istifadəsi, yüksəkgərginlikli elektrik sistemləri və alternativ enerji mənbələrindən istifadə fövqəladə hallarda müdaxilə prosedurlarının yenidən nəzərdən keçirilməsini tələb edir. Məqalədə həm milli, həm də beynəlxalq normativ baza kontekstində avtomobil konstruksiyalarındakı yeniliklər və xilasetmə əməliyyatlarının müasir yanaşmaları təhlil edilir.
Açar sözlər
avtomobil sənayesi, kompozit materiallar, ADAS sistemləri, qəza-xilasetmə əmə liy -yatları, xilasedici texnologiyalar.
DOİ: 10.30546/2706-7858.2026.1.256
Nəşr edilib: 2026-03-18, 20:00