İcmal
Məqalədə müasir dövrdə daha çox istifadə olunan elektrik və hibrid avtomobillərinin yol-nəqliyyat hadisələri zamanı alışma təhlükəsindən bəhs olunur. Belə ki, bu cür avtomobillərin qəza zamanı alışma səbəbləri analiz edilmiş və sistemləşdirilmişdir. Alışma səbəblərinin əsasən bata-reyaların nasazlığından, qəza zamanı zədələnmədən, şarj zamanı yaranan problemlərdən, istehsal qüsurlarından, ətraf mühit amillərindən və hibrid avtomobillərindəki daxiliyanma mühərrikində yaranan nasazlıqlardan baş verdiyi vurğulanmışdır. Elektrik və hibrid avtomobillərinin alışması zamanı onu söndürmək üçün ilkin olaraq görülən tədbirlər qeyd edilmiş və təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyi əsaslandırılmışdır. İstər elektrik, istər hibrid, istərsə də daxili yanma mühərrikli nəqliyyat vasitələrinin alışma səbəbləri və söndürülmə üsulları müqayisəli şəkildə göstərilmişdir. Əsas söndürülmə üsulları soyutma üsulu, quru tozlu balon, CO₂ yanğınsöndürən, termal örtüklər və konteynerlər, batırma üsulu sayılır. Azərbaycanda da son illərdə elektrik və hibrid avtomobillərinin sayının artması qeyd olunan məsələlərin aktuallığını saxlayır. Belə avtomobillərin sayı adətən ölkədə taksi xidməti sahəsində daha sürətlə artır. Bu səbəbdən də hər il elektrik və hibrid avtomobillərinin sayının əvvəlki ilə nisbətən daha sürətli artması gözləniləndir.
Açar sözlər
elektrik avtomobilləri, hibrid avtomobilləri, nəqliyyat vasitələri, alışma, təhlükəsizlik.
DOİ: 10.30546/2706-7858.2026.1.247
Nəşr edilib: 2026-03-18, 20:00