İcmal
Dövlət siyasətinin səmərəli həyata keçirilməsində dövlət qulluqçularının peşəkarlığı və idarəetmə bacarığı əsas rol oynayır. İnsan resurslarının düzgün idarə olunması xidmət keyfiyyətini və əməkdaşların motivasiyasını artırır, eləcə də onların məmnunluğunu və dövlətə olan etimadını möhkəmləndirir. Bu baxımdan həyata keçirilən peşəkar təlim və inkişaf proqramları da dövlət qulluqçularının səriştəsinin gücləndirilməsində çox əhəmiyyətli rol oynayır. Məqalədə peşə təhsili və insan resurslarının idarə olunması, onların dövlət qulluğunda səmərəliliyin artırılmasındakı rolu və gələcək perspektivlər təhlil edilir.
Açar sözlər
dövlət, idarəetmə, kadr siyasəti, dövlət qulluqçusu, peşə təhsili, səmərəlilik, potensial.
DOİ: 10.30546/2706-7858.2026.1.235
Nəşr edilib: 2026-03-18, 20:00