Azərbaycanın işğaldan azad edilmiş əraziləri otuz ilə yaxın davam edən münaqişə və hərbi təcavüz nəticəsində kütləvi demoqrafik boşluq və regional sosial-iqtisadi ekosistemin tamamilə məhv edilməsi ilə üzləşmişdir. Bir milyondan çox məcburi köçkün əhalinin öz doğma yurd larına geri qayıtması post-münaqişə dövrünün ən prioritet və strateji məsələsi kimi müəyyən edilmişdir. Məqalədə sənaye parklarının demoqrafik bərpa prosesində oynadığı rolu nəzəri, təsviri-analitik və beynəlxalq müqayisəli metodlarla kompleks şəkildə qiymətləndirilməsi hədəflənir. Tədqiqat çərçivəsində Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasının fəaliyyəti, yaradılan iş yerləri, investisiya dinamikası və bu amillərin əhalinin məskunlaşma qərarlarına təsiri dərindən təhlil edilmişdir.
Təhlillər göstərir ki, sənaye parkları regionda “demoqrafik cazibə mərkəzi” rolunu oynayaraq məcburi köçkünlərin könüllü və dayanıqlı şəkildə qayıtmasını təmin edən əsas iqtisadi katalizator funksiyasını yerinə yetirir. Sənaye parklarında yaradılan yüksək əlavə dəyərli, texnoloji tutumlu və daimi iş yerləri geri qayıdan əhalinin regionda uzunmüddətli məskunlaşması üçün zəruri olan iqtisadi əsası formalaşdırır. Hökumətin 2030-cu ilədək 150,000 iş yeri yaratmaq hədəfi demoqrafik bərpanın təkcə kəmiyyət deyil, həm də keyfiyyət baxımından dayanıqlı olacağını göstərir. Tədqi qatda post-münaqişə regionlarında iqtisadi inkişaf strategiyasının demoqrafik tarazlığın bərpasında həlledici rol oynadığı, sənaye klasterlərinin isə bu prosesin mərkəzi sütunu olduğu əsaslandırılır.