İcmal
Müasir hərbi əməliyyatlarda müdafiə sistemlərinin effektivliyi radioelektron sistemlərin (RES) strateji əhəmiyyəti ilə ölçülür. Məqalədə RES-in inkişaf perspektivləri texnoloji inteqrasiya, kibermühit risklərinin idarəsi və əməliyyat üstünlüyü prizmasından təhlil edilmişdir. Araşdırmada müasir radar və sensor texnologiyaları, yüksəktezlikli taktiki rabitə şəbəkələri, süni intellekt və kvant şifrələmə kimi texnoloji vasitələrin RES funksionallığını artırdığı göstərilmişdir. Bununla yanaşı, məqalədə kibermühit və elektromaqnit spektrində yaranan risklərin sistemli idarəsi, “anti-jamming” və kibermühafizə tədbirləri vasitəsilə RES-in əməliyyat təhlükəsizliyinin təmin edilməsi izah olunmuşdur. Təhlillərə əsasən belə qənaətə gəlinmişdir ki, RES-in strateji, texnoloji və təhlükəsizlikyönümlü inteqrasiyası müdafiə planlamasında kritik rol oynayır və gələcək hərbi əməliy yatların elmi əsaslarla effektiv idarə olunmasına imkan yaradır.
Açar sözlər
radioelektron sistemlər, müdafiə texnologiyaları, texnoloji inteqrasiya, kibermühit riskləri, elektromaqnit spektri, taktiki rabitə, süni intellekt, sensor inteqrasiya, hərbi əməliyyatlar, əməliyyat üstünlüyü.
DOİ: 10.30546/2706-7858.2026.2.3035
Nəşr edilib: 2026-06-04, 20:00