İcmal
Məqalədə rəqəmsal transformasiya şəraitində biznes analitik peşəsinin rolu və əhəmiyyəti geniş şəkildə təhlil olunur. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində müəssisələrin fəaliyyətində baş verən dəyişikliklər və bu dəyişikliklərin idarə olunmasında biznes analitikasının əhəmiyyəti vurğulanır. Biznes analitikin əsas funksiyaları – biznes proseslərinin təhlili, problemlərin aşkar edilməsi, tələblərin formalaşdırılması və effektiv həllərin təklif edilməsi izah edilir. Eyni zamanda bu peşənin müxtəlif sahələrdə tətbiqi, əmək bazarında artan tələbatı və geniş karyera imkanları diqqətə çatdırılır. Nəticə olaraq sonda biznes analitiklərin təşkilatlarda qərarvermə prosesinin təkmilləşdirilməsində və rəqabət üstünlüyünün əldə olunmasında mühüm rol oynadığı qənaətinə gəlinir.
Açar sözlər
biznes analitikası, rəqəmsal transformasiya, qərarvermə, biznes proseslərinin təhlili, informasiya texnologiyaları, strateji idarəetmə, analitik düşüncə.
DOİ: 10.30546/2706-7858.2026.2.3028
Nəşr edilib: 2026-06-04, 20:00